AZ | EN | RU




"Sinerji" bülleteni

Axtar




 
    Haqqımızda

2003-cü ildən etibarən fəaliyyətə başlamış "AtaHoldinq" ASC iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir.Qeyri-rezidentlərin investisiyaları hesabına formalaşan nizamnamə kapitalı, əsasən maliyyə, sənaye, telekommunikasiya və İT, xidmət, inşaat və turizm sahələrinə yönəldilmişdir. "AtaHoldinq" ASC şirkətlər qrupuna daxil olan bütün təsərrüfat subyektlərində fəaliyyət yüksək professionallıq, yeni texnologiyaların tətbiqi və korporativ idarəetmə prinsipləri üzərində qurulmuşdur.2006-cı ildə "AtaHoldinq" ASC-nin menecment sistemi beynəlxalq "Bureau Veritas" şirkəti  tərəfindən İSO 9001 standartlarına uyğun sertifikatlaşdırılmışdır. Holdinq Azərbaycanın həm fiziki, həm də intellektual resurslarından səmərəli istifadə etmək, yeni iş yerlərini yaratmaq üçün sərmayə qoymaq, səhmdarlar, işçilər və müştərilərinin məmnunluğunu ən üst səviyyədə təmin etmək və nəticədə Azərbaycanın rifahı və iqtisadi inkişafına dəstək olmağı qarşısına məqsəd qoymuşdur."AtaHoldinq" ASC sosial yönümlü proqramlarda, xeyriyyə tədbirlərində yaxından iştirak edir, ölkə mədəniyyəti və incəsənətinin inkişafı, təhsilin səviyyəsinin daha da artması məqsədilə həyata keçirilən layihələri dəstəkləyir. Holdinqin şirkətləri öz fəaliyyətləri ilə ölkə iqtisadiyyatının inkişafına, xalqın sosial rifahının yüksəlməsinə xidmət edir. Beynəlxalq şirkətlər ilə ortaqlıqlar və birgə müəssisələr yaradaraq özünü bütün dünyaya tanıtmaq niyyətində olan "AtaHoldinq" artıq Gürcüstan da öz nümayəndəliyini açmışdır.  İngiltərə, Rusiya, Türkiyə və Şimali Kipr Türk Respublikasında nümayəndəliklərin açılması planlaşdırılır. 


  04.02.10. “AtaBank” ASC 2009-cu ildə

2009-cu ilin əvvəli ilə müqayisədə ilin sonuna bankın aktivləri 30,4% və ya 46,5 mln. manat artaraq 199,3 mln. manata çatmışdır. Ilin əvvəlinə aktivlər 152,8 mln. manat təşkil edirdi. Aktivlərin əsas hissəsini təşkil ed&...
ardı >>

29.01.10. “AtaLizinq” ASC 2009-cu maliyyə ilinə yekun vurdu

31 dekabr 2009-cu il tarixinə Cəmiyyətin lizinq portfeli 3.828 min manat təşkil etmişdir. 2008-ci ilin analoji dövrü ilə müqayisədə lizinq potfeli 9% artmışdır. 2009-cu ildə 34 lizinq müqaviləsi imzalanmışdır, bununla da 104 aktiv lizi...
ardı >>

25.01.10. “AtaSığorta” ASC 2009-cu il üzrə fəaliyyətinə yekun vurmuşdur.

Şirkətdən verilən ilkin məlumatlara əsasən, 2009-cu il ərzində “AtaSığorta” ASC-nin topladığı sığorta haqqlarının ümumi həcmi 2,97 mln. manat, verilmiş sığorta ödənişləri 0,72 mln. manat təşkil e...
ardı >>



 
Site by AtaHolding

computer viruses, компьютерные вируÑÑ‹