25.01.10. “AtaSığorta” ASC 2009-cu il üzrə fəaliyyətinə yekun vurmuşdur.
Şirkətdən verilən ilkin məlumatlara əsasən, 2009-cu il ərzində “AtaSığorta” ASC-nin topladığı sığorta haqqlarının ümumi həcmi 2,97 mln. manat, verilmiş sığorta ödənişləri 0,72 mln. manat təşkil etmişdir. İl ərzində Şirkətin ümumi gəlirləri 5,14 mln.manat, ümumi xərcləri 3,95 mln. manat olmaqla, balans mənfəəti 1,19 mln. manat təşkil etmişdir ki, bu da nəzərdə tutulan illik proqnoz göstəricidən 45,6% çoxdur. “AtaSığorta” ASC 2004-cü ilin sentyabr ayından sığorta bazarında fəaliyyət göstərir. Səhmdarı “AtaHoldinq” ASC olan Şirkətin faktiki ödənilmiş nizamnamə kapitalı 2 milyon manat təşkil edir.
|