AZ | EN | RU






29.01.10. “AtaLizinq” ASC 2009-cu maliyyə ilinə yekun vurdu

31 dekabr 2009-cu il tarixinə Cəmiyyətin lizinq portfeli 3.828 min manat təşkil etmişdir. 2008-ci ilin analoji dövrü ilə müqayisədə lizinq potfeli 9% artmışdır. 2009-cu ildə 34 lizinq müqaviləsi imzalanmışdır, bununla da 104 aktiv lizinq müqaviləsi fəaliyyətdə olmuşdur. Lizinqə verilmiş avadanlıqların həcmi 1.694 min manat təşkil etmişdir. 2009-cu il ərzində ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 2.450 min manat olmuşdur.2009-cu ilin sonunda Cəmiyyətin lizinq portfelinin 95,13%-ni Bakı şəhəri, 4,87%-ni isə regionlar (Quba-1,11%, Mingəçevir-1,45%, Sumqayıt 0,50%, Dəvəçi-1,14%, Göyçay-0,21%, İmişli-0,23%, Lənkəran 0,23%) təşkil etmişdir.Portfelin sahələr üzrə göstəriciləri aşağıdakı kimi olmuşdur: inşaat-27%, sənaye istehsalı-9%, nəqliyyat-40%, yeyinti sənayesi-7%, ticarət-10%, yol infrastrukturu-1%, xidmət sahəsi-5%, rabitə-1%. Cəmiyyət 2009-cu il ərzində bağlanmış müqavilələrlə hesabat ilini mənfəətlə bitirmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə “AtaLizinq” ASC-nin işlək aktivləri 10% artaraq 3.85 milyon manat olmuşdur. Cəmiyyətin hesabat dövrü ərzində gəlirləri 21.5% artaraq 1.148 min manat təşkil etmişdir. Mənfəət 296 min manat. xalis mənfəət isə 231 min manat həcmində olmuşdur. Qeyd edək ki, 2009-cu ilin yekunlarına görə ROE 23,1%, ROA isə 5,7% təşkil etmişdir ki, bu da 2008-ci ilin göstəriciləri ilə müqayisədə ROE -4%, ROA -2% azalma ilə müşahidə olunmuşdur.Xatırladaq ki, “AtaHoldinq” ASC və “AtaBank” ASC tərəfindən təsis edilmiş “AtaLizinq” ASC 2004-cü ildən fəaliyyət göstərir və nizamnamə  kapitalının həcmi 1.000.000 manat təşkil edir.



 
Site by AtaHolding