AZ | EN | RU






04.02.10. “AtaBank” ASC 2009-cu ildə

2009-cu ilin əvvəli ilə müqayisədə ilin sonuna bankın aktivləri 30,4% və ya 46,5 mln. manat artaraq 199,3 mln. manata çatmışdır. Ilin əvvəlinə aktivlər 152,8 mln. manat təşkil edirdi. Aktivlərin əsas hissəsini təşkil edən kredit portfeli də il ərzində artmışdır. Nəticədə kredit portfeli 29,0% və ya 28,7 mln. manat artaraq 127,4 mln. manatı keçmişdir. İlin əvvəlində bu göstərici 98,7 mln. manat  idi.2009-cu ilin yekunlarına görə bankın müddətli depozit portfeli əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, bu göstərici 64,5% və ya 53,8 mln. manat artaraq 137,2 mln. manata çatmışdır. Qeyd edək ki, 2009-cu ilin əvvəlinə bu göstərici 83,4 mln. manat təşkil edirdi. 2009-cu il ərzində fiziki şəxslərin müddətli əmanətlərinin böyük dinamikası müşahidə olunmuşdur. Belə ki, ilin əvvəli ilə müqayisədə fiziki şəxslərin əmanətləri 39,1% artaraq 78,7 mln. manatı keçmişdir.İlin sonuna bankın aktivlərinin (ROA) və kapitalının (ROE) gəlirliliyi müvafiq olaraq 2,3% və 26,8% təşkil etmişdir.İl ərzində bankın məcmu kapitalı 29,0% və ya 5,7 mln. manat artaraq 25,1 mln. manata çatdırılmışdır. İlin nəticəsi üzrə bankın xalis mənfəəti 4,0 mln. manat olmuşdur.2009-cu ilin noyabr ayında banka yeni “SMS-infocard” xidməti tətbiq edilmişdir. “SMS-infocard” xidməti vasitəsilə hər bir müştəri kart hesabında aparılan əməliyyatlar barədə mobil telefonuna dərhal SMS şəklində məlumat alır. “SMS-infocard” xidmətinə qoşulma bankomat vasitəsilə həyata keçirilir. “SMS-infocard” xidmətinə qoşulma və istifadəyə görə bank tərəfindən müştərilərdən xidmət haqqı tutulmur. 2009-cu ilin dekabr ayında bu xidmət növü tam olaraq dövriyyəyə buraxılmışdır.Əlavə olaraq “retail” proqramının inkişafı məqsədilə bankın filial şəbəkəsinin genişləndirilməsinə də qərar verilmişdir. Belə ki, 2010-cu ilin ilk aylarında, müvafiq icazələr alındıqdan sonra, bankın 2 yeni şəhər filiallarının açılışı planlaşdırılır. Bundan sonra xidmət şəbəkəsinin sayı 20-ə çatacaqdır. Bu xidmət bölmələrinin 9-u regionlarda yerləşir.2009-cu ilin sonunda bankda yeni sürətli pul köçürmə sistemləri olan “Zolotaya korona” və “Blizko”-ya qoşulması prosesinə başlanılmışdır. Yaxın günlərdə bankın bütün filial və şöbələrində bu sistemlərin tam fəaliyyətə başlaması planlaşdırılır. Son 1 il ərzində bankın bankomatlarının sayı 50-yə çatdırılmışdır. Cari ilin növbəti aylarında daha 10 ədəd bankomatın quraşdırılması nəzərdə tutulur. 2009-cu il ərzində POS terminal şəbəkəsinin sayı isə 289 ədədə çatdırılmışdır.“AtaBank” ASC keyfiyyətin idarəetmə sisteminin müasir standartlara uyğunluğunun təmin edilməsi məqsədilə, sertifikatlaşdırma işlərini müvəffəqiyyətlə başa çatdıraraq  “Bureau Veritas” şirkəti tərəfindən 03 aprel 2007-ci il tarixli, 210667 nömrəli bütün növ bank xidmətlərini əhatə edən “İSO 9001:2000” sertifikatı ilə təltif edilmişdir və 2009-cu ilin may ayında təkrar auditdən keçərək öz sertifikatını qoruya bilmişdir.
2009-cu ildə bank öz internet saytını yeniləşdirilmiş və daha mükəmməl formada müştərilərə təqdim etmişdir.
2010-cu ildə bankın maliyyə göstəricilərinin artımı və institusional inkişafının uğurla davam etdirilməsi planlaşdırılır. Belə ki, bank 2010-cu ildə xidmət şəbəkəsini genişləndirməyi, əməkdaşların peşəkar səviyyəsinin daha da təkmilləşdirməyi, yeni xidmətlər və məhsullar tətbiq etməyi, beynəlxalq kredit və depozit reytinqlərini almağı və s. məqsədləri qarşısına qoymuşdur.
Hal hazırda bankın 2009-cu il üzrə maliyyə təsərrüfat göstəricilərinin auditi beynəlxalq şirkət “BAKER TILLY Azerbaijan” tərəfindən aparılmaqdadır.



 
Site by AtaHolding