“AtaSığorta” ASC regionlarda filialların açılışını davam etdirir

     “AtaSığorta” ASC sığorta xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi və ölkənin regionlarında yüksək keyfiyyətli sığorta xidmətlərinin göstərilməsi məqsədi ilə ötən həftə 3 yeni filialının açılışını həyata keçirmişdir. Şirkətin “Şirvan”, “Göyçay” və “Şəki” filialları müştərilərin istifadəsinə verilmişdir. Yerləşdikləri şəhərlərin əhalisi ilə yanaşı ətraf qəsəbə və kəndlərdə yaşayan vətəndaşlara və sahibkarlara xidmət göstərməsi nəzərdə tutulan yeni filiallar “AtaSığorta” şirkətinin regionlarda olan fəaliyyətinin daha da genişləndirilməsinə xidmət edəcəkdir.

       “AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir.  Şirkət 35 milyon manata yaxın aktivlərə malik olmaqla 28 sığorta növü - 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. AtaSığorta həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 40-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.

Xəbərlər
Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...