“AtaTravel”  MMC  «Baku Travel Bazaar Wellness»   tədbirində  iştirak etdi

21 aprel 2015-ci il  tarixində  “AtaTravel”  MMC    «Baku Travel Bazaar Wellness» adlı tədbirdə iştirak etdi.  Tədbirdə  Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və  15-ə yaxın  xarici  ölkələrin  termal kurortları, SPA hotelləri və klinikaları iştirak edirdi.
“AtaTravel”  MMC-nin baş  direktoru  Vüsal Əliyev bildirdi ki,  turizmlə məşğul olan təşkilatların bir-biri ilə tanış olmasında belə tədbirlər çox əhəmiyyətlidir. Tədbirdə müxtəlif ölkələrdəki  turizm şirkətləri, hotelləri və istirahət mərkəzlərinin yeni istiqamətləri ilə  tanış olmaq üçün böyük imkanlar yaradılmışdır. Qeyd   edək ki,   «Baku Travel Bazaar»ın il ərzində bir neçə dəfə təşkili nəzərdə tutulub. “AtaTravel”  MMC   sentyabr və  oktyabr aylarında   keçiriləcək  «Baku Travel Bazaar Exotic» və «Baku Travel Bazaar Adventures» adlı  tədbirlərdə  də  iştirak etməyi  planlaşdırır.
"AtaTravel" MMC turizm agentliyi 2011-ci ildə təsis edilib və Azərbaycanın ən tanınmış holdinqlərdən biri olan, iqtisadiyyatın ayrı-ayrı sektorlarında böyük uğurlara imza atan "AtaHolding" Şirkətlər Qrupunun törəmə şirkətlərindən biridir. "AtaTravel" turizm agentliyi dünyanın istənilən nöqtəsinə səfərlər üzrə çoxsaylı xidmətlər təklif edir. Şirkət müştərilərə otellər, transferlər, aviabiletlərin, turların əvvəlcədən bronlaşdırılması, sığorta, viza xidmətləri, VIP-zal xidmətlərinin təmin edilməsi, avtomobillərin icarəsi, sağlamlaşdırıcı turizm və   müxtəlif istirahət növləri üzrə xidmətlər  göstərir.

 

Xəbərlər
Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...