“Excelsior Hotel & Spa Baku” otelində tədbir keçirildi

        15 iyul 2016-cı il tarixində   “Excelsior Hotel & Spa Baku otelində   açıq hovuzun kənarında   tədbir keçirildi. Tədbirdə paytaxtın qonaqları və sakinləri, işgüzar dairələrin və KİV-rin nümayəndələri iştirak etdilər. Sərinləşdirici içkilər, ləzzətli təamlar və canlı musiqi hovuz ətrafında gözəl ab-hava yaratdı. Estrada müğənnilərinin ifasında populyar milli və xarici şlyagerlər hamının ürəyincə olub. Həmçinin, FMS Modelləri yay kolleksiyasını nümayiş etdilər.

        Açılış mərasimində çıxış edən “Excelsior Hotel  Baku” otelinin baş meneceri Turhan Poyraz  qonaqlara yay hovuzunun yanında şəraitə və göstərilən xidmətlərə dair geniş informasiya verib. O, qeyd edib ki, bundan sonra paytaxtımızın qonaqları və sakinləri şəhərdən kənara çıxmadan qızmar yay günlərində gözəl şəraitdə dincələ, günəş şüaları qəbul edə, suyun yanında axşam mehindən həzz ala biləcəklər. Tədbirdə qonaqlar arasımda lotoreya oyunu keçirildi və qonaqlar “Excelsior Hotel & Spa Baku” otelindən, Türk Hava Yollarından, “Arçelik” və digər şirkətlərdən hədiyyələr uddular.

           Qeyd edək ki, “Excelsior Hotel & Spa Baku” 2005-ci ilin avqustundan fəaliyyət göstərir. Otel  1 “İmperial “- lyuks, “Royal”- lyuks, 4 “Crown”-lyuks , 45 “Heritage” –  deluks, 9 “Duke” – standard otaqlar, konfrans zalı, biznes mərkəzi, restoranlar, “Aura” sağlamlıq mərkəzi və s.-dən ibarətdir.

Xəbərlər
Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...