Vizyon, Missiya, Dəyərlər

VİZYONUMUZ


Səhmdarları, işçiləri və müştəriləri ilə birlikdə şəffaflıq prinsiplərinə əsaslanaraq müasir keyfiyyət standartlarına uyğun istehsal etdiyi məhsul və xidmətlərində fərqlilik yaradan, Azərbaycanda və beynəlxalq aləmdə etibar və sabitlik nümunəsi olan qurum olmaq.

 

MİSSİYAMIZ


Müasir texnologiyalar tətbiq edərək ölkəmizin resurslarından səmərəli istifadə etmək, yeni iş yerlərini yaratmaq üçün sərmayə qoymaq, səhmdarlar, işçilər və müştərilərin məmnuniyyətini ən üst səviyyədə təmin etməklə sinerji yaradıb Azərbaycanın rifahı və iqtisadi inkişafına öz töhfəmizi vermək və ölkəmizlə birgə böyüməkdir. 



DƏYƏRLƏRİMİZ


“İnsan” faktorunu nəzərə almaqla fəaliyyət göstərmək; 
Qarşılıqlı hörmət, inam, komanda ruhunda çalışmaq;
Davamlı inkişaf üçün yeni mənbələr yaratmaq və tapmaq;
Daxili və xarici müştərilərimizi məmnun etməyi əsas vəzifə kimi qəbul etmək;
Kəmiyyəti yox, keyfiyyəti əsas tutaraq hər zaman irəlidə olmaq və bunu qarşımıza məqsəd qoymaq;
Görülən bütün işlərdə və şəxsi həyatımızda qrup imicinə uyğun davranmaq;
Fəaliyyətimizdə iqtisadi maraqdan əlavə sosial və ictimai maraqları qorumaq.

Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...