"AtaHoldinq” ASC-nin maliyyə sektoru Azərbaycan iqtisadiyyatının inkişafında əməyi olan “AtaBank” ASC, “AtaLizinq” ASC və “AtaSığorta” ASC şirkətləri ilə təmsil olunur.1993-cü ildən uğurla fəaliyyət göstərən "AtaBank" Azərbaycanın ən böyük kommersiya banklarından biridir. Korporativ və fərdi müştərilərə tam xidmətlər kompleksini təqdim edən “AtaBank” yüksək texnologiyalı universal bank sayılır. Bank ölkənin ən etibarlı maliyyə strukturları sırasına daxildir. Hazırda Bakıda və respublikanın müxtəlif regionlarında “AtaBank”ın 20 filialı və 4 şöbəsi fəaliyyət göstərməkdədir.“AtaBank” ASC yarandığı gündən yeni xidmətlər tətbiq etməyi qarşısına məqsəd qoymuşdur. 2004-cü ildən "AtaBank" “VİSA İnternational” beynəlxalq ödəniş sisteminin assosiativ üzvü olmuş və bu sistemin 6 məhsulunun (”VİSA Electron”, “VİSA Classic”,” VİSA Gold”, “Visa Platinum”, “Visa Business” və “Solo Card”) emissiyasına başlamışdır. 2006-cı ilin may ayından etibarən bank “Visa İnternational” sisteminin tamhüquqlu üzvü seçilmişdir. 2007-ci ildə “Bureau Veritas” şirkəti tərəfindən "AtaBank" ASC-yə “Bütün növ bank xidmətləri” adlı İSO 9001:2000 sertifikatı təqdim edilmişdir.Regionlarda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi bankın mühüm strateji məqsədlərindən biridir. Dövlətin və sahibkarların etibarını əldə etmiş “AtaBank” hazırda “Sahibkarlığa Kömək Milli Fondu” dövlət proqramının əsas operatorlarından biri hesab olunur.Respublikanın regionlarında keçirilmiş sahibkarlarla görüşlər və kredit yarmarkaları Azərbaycan ictimaiyyəti tərəfindən müsbət qarşılanmışdır.“AtaBank”ın kredit fəaliyyətinə ticarətin və müxtəlif investisiya layihələrinin kreditləşdirilməsi, habelə şirkətlərin dövriyyə kapitalının maliyyələşdirilməsi daxildir. Həmçinin, kredit portfelində istehlak kreditləri və kredit kartları da xüsusi yer tutur.Bankın fəaliyyətinin əsas inkişaf strategiyası korporativ və pərakəndə bankçılığın inkişafı, müştərilərə rəqabət qabiliyyətli, yüksək texnologiyalı bank xidmətlərinin tam spektrinin təqdim olunması üzərində qurulmuşdur. Bankın maliyyə hesabatları artıq 5 ildir ki, beynəlxalq audit şirkəti olan “Deloitte & Touche” tərəfindən təsdiq edilir. "AtaBank” ASC-nin mühüm üstünlüklərindən biri də onun ölkənin ən böyük sənaye və maliyyə holdinqlərindən biri olan “AtaHoldinq” şirkətlər qrupuna daxil olmasıdır. Bu banka öz müştərilərinə lizinq, sığorta və digər xidmətləri də təqdim etməyə imkan verir. Bununla bağlı sadalanan xidmətlərin daha effektiv təmsil oluna bilməsi üçün bankın filiallarının binaları xüsusi şəkildə layihələşdirilmiş və inşa edilmişdir. Yerli bazardakı fəaliyyəti sırasında bank müştərilərə xidmət sahəsində lazımi təcrübə əldə etmişdir. 2007-cı ilin sonuna «AtaBank»ın xalis aktivləri 110,705.40 min manat,depozit portfeli 74,649.9 min manat,kredit portfeli 70,557.5 min manat olmuşdur. “AtaSığorta” ASC 21 iyul 2004-cü il tarixində rəsmi dövlət qeydiyyatından keçmiş və 3 sentyabr 2004-cü il tarixdən etibarən isə tam lisenziyalı (Lis. N 003194) sığorta şirkəti kimi fəaliyyətə başlamışdır. Təsisçisi “AtaHoldinq” ASC(100%) olan şirkətin nizamnamə kapitalı 4,0 (dörd) mln. manat məbləğindədir. “AtaSığorta” ASC müasir texnologiyalara əsaslanmaqla keyfiyyətli və etibarlı universal sığorta xidmətləri göstərən, yüksək rəqabət qabiliyyətli şirkət olmağı özünün strateji baxışı hesab edir. “AtaSığorta” ASC həm həyat və həm də qeyri-həyat sığorta siniflərinə aid olan 31 könüllü və 4 icbari olmaqla ümumilikdə 35 növ üzrə sığorta xidmətləri göstərir. Şirkətin təqdim etdiyi əsas sığorta növləri arasında ənənəvi əmlak sığortası, energetik risklərin sığortası, nəqliyyat vasitələrinin sığortası, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari və könüllü sığortası, üçüncü şəxslər qarşısında mülkü məsuliyyətin sığortası, işəgötürənin məsuliyyətinin sığortası, yük sığortası, inşaat sığortası, tibbi sığorta, fərdi qəza sığortası, bank və bank fəaliyyətinin sığortası və s. vardır. Bu məhsullar Azərbaycan sığorta biznesinin ən istedadlı və təcrübəli mütəxəssisləri tərəfindən vaxtında və peşəkar tərzdə hazırlanıb müştərilərə təqdim olunur. Partnyorlar və müştərilər qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edən amillərdən biri də sığorta xidmətləri portfelinin çox çeşidliyi, əhəmiyyətli sığorta rezervlərinin yaradılması, təcrübəli və peşəkar işçilərin sayının artırılmasıdır. “AtaSığorta” ASC 2005-ci ilin may ayında idarəetmə sistemi keyfiyyətin müasir standartlara uyğunluğunun təmin edilməsi məqsədilə sertifikatlaşdırma işlərini müvəffəqiyyətlə başa çatdıraraq “Moody İnternational Certification” tərəfindən İSO 9001:2000 beynəlxalq keyfiyyət sertifikatı ilə təltif edilmişdir.“AtaSığorta” ASC “AON”, “Willis”, “Heath Lambert”, “Marsh” kimi broker şirkətləri, Qərb sığorta və “Hannover Re”, “Gen Re”, “LLoyds of London”, “Zurich Converinm” kimi təkrarsığorta şirkətləri və digər təşkilatlarla əməkdaşlıq edir. Şirkətin sığorta xidmətləri portfelinin böyüdülməsi, əhəmiyyətli sığorta rezervlərinin yaradılması, təcrübəli və peşəkar işçiləri “AtaSığorta” ASC-nin öz partnyorları və müştəriləri arasında böyük nüfuza sahib olmasına zəmin yaratmışdır.“AtaHoldinq” şirkətlər qrupunun maliyyə sektoruna aid olan “AtaLizinq” ASC 2004-cü ildə “AtaHoldinq” ASC (64 %) və “AtaBank” ASC (36 %) tərəfindən təsis edilmişdir.“AtaLizinq” ASC-nin yaradılmasında əsas məqsəd, respublikamızın sürətlə inkişaf edən iqtisadiyyatında sahibkarlara münasib şərtlərlə avadanlıq və əsas vəsaitlərin təmin edilməsinə köməklik göstərməkdən ibarətdir.“AtaLizinq” müştərilərə hədəflənmiş, ölkə daxilində və xaricində işgüzar nüfuza malik, müasir texnologiyalardan istifadə etməklə çeşidli məhsullarla xidmət göstərən güclü bir şirkətdir. “AtaLizinq” ASC Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” dövlət proqramına uyğun olaraq regionların inkişafını nəzərə alaraq, yerlərdə fəaliyyət göstərən müəssisə və təşkilatlarla da sıx əlaqələr yaradır. Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasınin fəal iştirakçılarından və üzvlərindən biri olan “AtaLizinq” ASC professional kadrları və “AtaHoldinq”in mövcud şəbəkəsi vasitəsilə respublikamızın ən qabaqcıl lizinq şirkəti olmağı qarşısına məqsəd qoymuş və bu sahədə durmadan fəaliyyət göstərir.Lizinqin bütün növlərini həyata keçirməyi qarşısına məqsəd qoymuş “AtaLizinq” ASC qanunvericiliyin imkan verdiyi ölçüdə, əsasən maliyyə lizinqi sahəsində fəaliyyətə başlamışdır. Şirkət inşaat, sənaye və istehsal, nəqliyyat və rabitə, səhiyyə, kənd təsərrüfatı və emal sektorları başda olmaqla bütün sahələrdə fəaliyyət göstərən yerli və xarici müəssisələrə keyfiyyətli lizinq xidmətləri göstərir. “AtaLizinq” ASC-nin Türkiyə, ABŞ və Rusiyanın aparıcı lizinq şirkətlərində hazırlıq keçmiş işçi heyəti hər müştəriyə fərdi yanaşaraq yerli və xarici müəssisələrə keyfiyyətli seçim və peşəkar xidmət təklif edir.“AtaLizinq” ASC lizinq şirkətləri arasında ilk dəfə olaraq 2005-ci ildə korporativ istiqrazlarını tədavülə buraxmışdır.“AtaLizinq” ASC Beynəlxalq keyfiyyət şirkəti “Bureau Veritas” tərəfindən Azərbaycanın lizinq şirkətləri arasında ilk İSO 9001:2000 sertifikatını əldə edib. Cəmiyyətə təqdim edilmiş maliyyə lizinqini əhatə edən 25 may 2007-ci il tarixli 215216 nömrəli İSO 9001: 2000 sertifikatı bir daha “Atalizinq” ASC-nin müştəri yönümlü, rəqabətə davamlı, fəaliyyətini daima təkmilləşdirən bir şirkət olduğunu sübuta yetirirdi.