“AtaHoldinq”in sənaye və ticarət sektoru milli iqtisadiyyatımızın qeyri-neft sahələrində sənaye, kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, idxalı və ixracı, daxili bazarda satışı üzrə fəaliyyət göstərir. “AtaHoldinq” bu şektora yatırdığı sərmayələri vasitəsilə ən müasir texnologiyalara əsaslanan sənaye sahələri yaradaraq beynəlxalq keyfiyyət standartlarına uyğun rəqabət qabiliyyətli məhsullar istehsal etmək, idxalı əvəz etmək, milli ixracı stimullaşdırmaq və son nəticədə ölkənin regionlarının sosial-iqtisadi inkişafına layiqli töhfə vermək niyyətindədir.“ZəyəmKəndMaş” MMC-nin əsas profili kənd təsərrüfatı texnikası avadanlıqlarının və neft-qaz sektorunda istifadə olunan ehtiyat hissələrin istehsalıdır. “ZəyəmKəndMaş” ASC ARDNŞ-nin sifarişinə əsasən Neft-Qazmaş ASC tərəfindən verilmiş ehtiyat hissələrin istehsalını həyata keçirir. Hazırda burada neft quyularının nasosları üçün ştoklar və klapan dəstləri də istehsal edilir. Şirkət regionda aqroservis fəaliyyəti ilə də məşğul olur.“Şəmkir Quşçuluq” fabriki yumurtalıq və ətlik istehsal sahəsində ixtisaslaşmış təsərrüfatdır. Ümumi istehsal gücü ildə 24 milyon ədəd yumurta və 1,0 milyon ton quş ətidir. 2005-ci ildə təsərrüfat yenidən qurulmuş və genişləndirilmişdir. Burada yumurta və broyler sexlərindən başqa, ən müasir avadanlıqla təchiz edilmiş, istehsal gücü saatda 10 ton olan yem sexi, saatda 1500 baş quş kəsə bilən kəsim, emal sexi və yeni inkubator binası tikilmişdir. Hazırda müəssisə ayda 2,3 milyon ədəd yumurta və gələcəkdə 1,0 milyon baş quş istehsal etməklə respublikanın qərb bölgəsinin tələbatını tam ödəyəcək və öz məhsullarını qonşu Gürcüstana ixrac etmək imkanı əldə edəcəkdir.“Şəmkir Daş-Çınqıl” müəssisəsində ayda 3600 kub m çınqıl, qum və daş plitələr istehsal olunur. Holdinqin digər şirkəti olan “AtaAqro” kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olunması üçün yaradılmışdır. Beynəlxalq ticarət və pərakəndə satış “AtaHoldinq”in inkişaf strategiyasının mühüm prioritetlərindəndir. 2006-cı ildən başlayaraq bu sahələrdə genişlənmə qərara alınmış və bu məqsədlə iki şirkət “AtaTreydinq” və “AtaMarketinq” yaradılmışdır.