AZ | EN | RU




"Sinerji" bülleteni

Axtar




    Turizm, Inşaat və Xidmət

“AtaHoldinq”in turizm, inşaat və xidmət sektoruna müxtəlif xidmət sahələrini əhatə edən “AtaTurizm” MMC, “AtaInşaat” MMC və “InterTurizm” MMC şirkətləri daxildir. Mehmanxana bölməsində şirkəti təmsil edən və şəhərin mərkəzində yerləşən “Excelsior Hotel Baku” Azərbaycanda ilk “5+” ulduzlu beynəlxalq standartlara uyğun mehmanxana kompleksidir. Oteldə beynəlxalq kulinariyanı təmsil edən “Belvedere” restoranı, hər gün 24 saat fasiləsiz xidmət göstərən “La Patisserie” şirniyyat kafesi, o cümlədən “L\'Atelier” siqar və kokteyl barı fəaliyyət göstərir. Həmçinin, otel 61 qonaq otağına, qapalı və açıq hovuz, hidromasajlı isti vannamasaj otaqları, saunalar, buxar və istirahət otaqları, ən müasir avadanlıqla təchiz olunan gimnastika zalı, bar və kafe, tennis və badminton kortlarını özündə cəmləşdirən “Aura” sağlamlıq mərkəzinə malikdir. “AtaTurizm”in mehmanxananın inkişafı və idarəsi üzrə Konsultasiya Xidmətləri bölməsi partnyor və müştərilərə xidmət göstərmək məqsədilə turizmin bütün sahələrində  bazar və maliyyə araşdırmaları, layihələrin inkişafı üzrə yardım və istiqamətləndirmə xidmətləri, o cümlədən idarəetmə, françayzinq və partnyorluq müqavilələrinin bağlanması üzrə xidmət göstərmək məqsədilə treyninq, təftiş, inkişaf, idarəetmə və konsultasiya xidmətləri sahəsində öz zəngin təcrübəsini təklif edir. “InterTurizm” turizm sferasında investisiyalar qoymaq üçün yeni sahələrin araşdırılması, inkişaf etdirilməsi və tətbiqi üzrə fəaliyyət göstərir.
   




 
Site by AtaHolding

computer viruses, компьютерные вируÑÑ‹