AZ | EN | RU




"Sinerji" bülleteni

Axtar




    Rabitə və İT

İnformasiya Texnologiyaları sahəsində bir çox xidmətləri göstərməyi qarşısına məqsəd qoymuş “AtaTexnologiya” MMC, əsasən 2005-ci ilin may ayından fəaliyyətə başlamışdır. Fəaliyyət növünə Azərbaycanın İnformasiya Texnologiyaları bazarında zəif inkişaf etmiş sahələrdən biri olan proqram təminatı məhsulları ilə başlamışdır. Həmin məhsullar banklar, müəssisələr və digər təşkilatlar üçün nəzərdə tutulmuşdur. Bu məqsədlə “AtaTexnologiya” MMC bir sıra xarici ölkələrin öndə gedən şirkətləri ilə əməkdaşlıq edir. Hal-hazırda şirkət İT sahəsində bir çox dünya şirkətlərinin Azərbaycanda rəsmi nümayəndəsidir. Həmin şirkətlərə “YAZ”, “Netsis”, “Cryptometrics” və “Quantium” aiddir. Şirkətin xidmət sahələri aşağıdakılardan ibarətdir:
1. Banklar üçün avtomatlaşdırılmış bank əməliyyat sistemi:
   -Bu sahə üzrə şirkət “AtaBank” ASC və “Nikoyl” Kommer-siya İnvestisiya banklarının proqram təminatları layihəsini həyata keçirərək başa çatdırmışdır.
2. Müəssisə və təşkilatlar üçün ERP (Enterprise Resource Planning) sistemi:
  -Bu sahə üzrə 2005-ci ilin iyun ayından Türkiyənin “Netsis” şirkəti ilə əməkdaşlıq edən “AtaTexnologiya” MMC iqtisadiyyatın bir çox   sahələri üzrə fəaliyyət göstərən şirkətlərin mühasibat üçotu, maliyyə və təsərrüfat işlərinin uçotu, insan resurslarının idarə olunması və s. işlərin proqram təminatını həyata keçirir. “AtaTexnologiya” MMC tərəfindən “Excelsior Hotel Baku”, “Holiday İnn”, “Khazri Resort”, “NJT-2000”, “Nurgün Group” otel və şirkətlərində ERP sistemlərini uğurla başa çatdırılmışdır.
3. Biometrik həllər.
4. VoİP (Voice Over Internet Protocol) xidmətləri.
 2004-cü ildə yaradılmış “Cybernet” MMC elm və texnikanın nailiyyətlərinin istehsalda tətbiqində müəssisələrə dəstək, proqramlaşdırma, kompüter proqram-texniki komplekslərinin yaradılması, istehsal proseslərinin kom-püterləşdirilməsində müəssisələrə yardım və xidmət etmək, informasiya ötürülməsini təmin edən proqramların hazırlanması və tətbiqi və s. kimi xidmətlər göstərir. Şirkət fəaliyyət göstərdiyi qısa müddət ərzində Döv-lətin ən böyük İT layihəsi -Azərbaycan Respublikası Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya sistemi (AVİS) layihəsini müvəffəqiyyətlə həyata keçirmişdir.Bu layihə MDB ölkələrinin vergi orqanlarında tətbiq olunan analoji sistemlər arasında da birinci yer tutur.     Azərbaycan Respublikasında elektron hökümət layihə-lərinin həyata keçirilməsi üçün şirkət konkret işlər aparır. “AtaHoldinq” ASC tezliklə Rabitə və İT sektorunda “AtaTelekom” şirkətinin fəaliyyətə başlamasını planlaşdırır.

 




 
Site by AtaHolding

computer viruses, компьютерные вируÑÑ‹