Azərbaycan iqtisadiyyatının əsas sütununu neft sənayesi təşkil edir. Buna səbəb ölkədəki zəngin neft və qaz ehtiyatlarının mövcudluğu, 1997-ci ildən başlayaraq bu sahədə görülən işlər nəticəsində istehsal həcminin ildən-ilə artması, habelə ölkənin “neft və qaz” sahəsindəki siyasətinin bütövlüyü və beynəlxalq təşkilatlarla olan inteqrasiyadır.Azərbaycanda neft və qazın istehsalında olduğu kimi satışı və paylanması da birbaşa dövlətin nəzarətindədir. Ancaq yaxın gələcəkdə digər inkişaf etmiş neft istehsalçısı olan ölkələrdə olduğu kimi bu sektorda da lisenziyalar verilərək özəl sektorun iştirakına imkan yaradılacaqdır. Beləliklə, həm istehsalın həcmi artacaq, həm də özəl sektorun inkişafına təkan veriləcək. Azərbaycandakı mövcud enerji resurslarından istehsal edilən enerji və qonşu ölkələrdən edilən enerji idxallarına baxmayaraq ehtiyaclar tam ödənilmir. Bu səbəbdən Azərbaycan Respublikası Prezidenti Ilham Əliyev tərəfindən “Dövlət enerji istehsalı, tarazlaşdırılaraq paylanılması, bütün əməlyyatların müəyyənləşdirilməsi və sistematik çalışmasını tənzimləyən proqram” təsdiqlənmişdir. Dövlət proqramı çərçivəsində enerji qurumunun yaradılması, enerji istehsal müəssisələrinin resurslara görə həcmlərinin müəyyən edilərək layihələndirilməsi, özəl sektordan olan təşəbbüskarların lisenziyalaşdırılması işləri və enerji proqramı müəyyən edilmişdir. Bu sahədə əlaqədar təşkilatlar artıq işə başlamışlar.“AtaEnerji” Azərbaycanda enerji sahəsində istehsalı, paylanması və satışı sahələrində fəaliyyət göstərmək məqsədi və enerji kimi strateji əhəmiyyətli bir sahədə yerli şirkət olaraq fəaliyət göstərmək üçün yaradılmışdır.