Beynəlxalq şirkətlər ilə ortaqlıqlar və birgə müəssisələr yaradaraq özünü bütün dünyaya tanıtmaq niyyətində olan "AtaHoldinq" artıq Gürcüstanda öz nümayəndəliyini açmışdır. İngiltərə, Rusiya, Türkiyə və Şimali Kipr Türk Respublikasında nümayəndəliklərin açılması planlaşdırılır. Öz iş ortaqları ilə sinerji yaradıb onu gələcək nəsillərə ötürmək “AtaHoldinq”in ən ümdə məqsədidir.“AtaHoldinq” maliyyə, sənaye və ticarət, IT və telekommunikasiya, inşaat, turizm və xidmət sektoru və bir sıra sahələri özündə əks etdirən törəmə şirkətlərdən ibarət holdinqdir.“AtaHoldinq” ASC və ona daxil olan şirkətlər qrupu mükəmməlliyə çatmağı özünə hədəf seçib. Başlıca məqsədimiz isə müştərilərimizi keyfiyyətli xidmət və məhsullar ilə təmin etməkdir. Biz müştərilərimizi razı salmaq, etimadını qorumaq və rəğbətini qazanmaq üçün onları universal keyfiyyətli, yüksək standartlara uyğun mükəmməl xidmət və məhsullar ilə təmin etməyə çalışırıq.
Əlaqədar şəxslər:
Hacıyev Tariel
“AtaHoldinq” ASC - nin Gürcüstan filialının direktoru